ENG | RUS
/ Haqqımızda

HAQQİMİZDA

A+ | A-

VIONY markanın fəlsəfəsi

“Tempro” MMC içməli su istehsalçısı həmişə öz partnyorlarına hörmətlə yanaşır. Öz işimizdə biz nəyinki ədalətli işgüzar əməkdaşlığa, həmçinin qarşılıqlı əlaqədə olduğumuz insanların həyat keyfiyyətinin yüksəldilməsinə çalışırıq.

 

Bizim iş prinsiplərimiz – Keyfiyyət, Ədalət və Dürüstlük.

Bizim vacib dəyər - İstehlakçılarımızın sağlamlığı.

Bizim ən yaxşı reklam – Sizin etibarınız.

 

Biz inanırıq ki, peşəkar yanaşma və yüksək mənəvi standarlar həmişə yaxşı nəticələrə səbəb olur.

≋≋≋

Biz hər şeyi sizin üçün etmişik. Artezian suyu Quba rayonu Vəl-Vələ kəndi ünvanında yerləşən quyudan çıxarılır. Quba rayonu- əl dəyməyən təbiət güşəsi özündə böyük zamanlar haqqında yaddaşa malik və Qafqaz dağlarının inanılmaz gücü və enerjisi ilə dolu salis minerallaşmaya malik kristal təmiz suyu bəxş edir. Buruğun dərinliyi 150 metrə yaxın və optimal miqdardadır, əks osmosdan çıxan sudan fərqli olaraq, həyati vacib kalsium duzlarla, maqneziumunla, kalium floridlə və digər mirkoelementlərlə zəngindir. Buruğa, ən yeni avadanlığa malik olaraq, yüksək effektivliyə malik su təmizləmə texnologiyasını tətbiq edərək, biz Azərbaycan bazarına yeraltı dərinliklərdən çıxarılan, çoxsaylı təbii filtrlərlə təmizlənmiş və mütləq əminlik üçün ixtisaslı mütəxəssislər tərəfindən ozonlaşdırılmış ekoloji təmiz suyun təchizatını həyata keçiririk. Hər kəs özü üçün seçim edir, lakin müasir insan, istehlak etdiyi məhsulların seçimi zamanı savadlı olmalıdır.

≋≋≋

VIONY balanslaşdırılmış suyunun daimi istehlakı hüceyrələrin oksigenlə və enerji ilə zənginləşməsinə, onların mikro və makroelementlərlə qidalanmasına səbəb olur. Su şlakları, toksinləri çıxarır və toxumaların cavanlaşmasını təmin edir. Viony suyu müasir insanların həyatına ən təbii üsulla daxil olur. Müasir içki çoxluğunda məhz üstün tutan aktiv-sağlam həyat tərzi tərəfdarları tərəfindən dəstəklənir. Tibbi-bioloji tələblər üzrə bizim içməli suyumuz fizioloji mükəmməllik meyarlarına uyğundur. Belə su orqanizmi optimal miqdarda makro və mikroelementlərlə fizioloji münasibətdə təmin edir. Ümumiyyətlə, Viony sadəcə sağlam artezian suyu deyil, bu həyat tərzi, fəlsəfə, əhvaldır.

≋≋≋

Viony suyu ilk dəfə bazara unikal artezian suyu ilə çıxır.

 Onu dəstəkləyin, biz isə Sizə hər bir yudumla sağlamlıq və şuhluq bəxş edək!

Üstüklüklərimiz

Avadanlıq təchizatçılarının zəngin iş təcrübəsi və içməli su bazarının analizi “VIONY” köşklər şəbəkəsinin əsas rəqabət üstünlüklərini ayırd etməyə imkan verir:

Alıcı üçün rahat olan vaxtda bir addımlıqdan əldə etmək imkanı.

Köşklər yaşayış evlərinin sıx yerləşdiyi rayonlarda yerləşdirilməklə ətrafdakı evlərin sakinləri üçün bir addımlıqdan təbii içməli su əldə etmək imkanı təmin olunur. 

Köşklərdə daim artezian suyunun olması. 

Su kəməri vasitəsi ilə əldə etdiyiniz suyun verilişi gözlənilmədən dayandırıldıqda, və ya həmin su müvafiq keyfiyyətə uyğun olmadıqda, bizim köşklər şəbəkəsi bütün şəhəri lazımi həcmdə içməli su ilə təmin edə biləcək. 19 litrlik qablarda olan suyun təchizatçıları, bir qayda olaraq, bu cür situasiyalarda suyun təchizatı ilə bağlı bütün sifarişləri yerinə yetirmək üçün kifayət qədər avtoparka malik deyil.

Artezian suyunun saflığı.

Təcrübə göstərir ki, köşkə gətirilən artezian suyu 2-3 gün ərzində alınır. O, təbii saflığını və sabit orqanoleptik xüsusiyyətlərini qoruyub saxlayır. Saflığını və ilkin təbii temperaturunu qoruyub saxlama xüsusiyyəti köşklərdə satılan içməli su üçün də mühüm xüsusiyyətlərdəndir.

Aşağı qiymət                                                                                                    

Alıcı üçün bir litr suyun qiyməti pərakəndə satış şəbəkəsində və ya ünvana çatdırılan suyun qiymətindən olduqca aşağıdır ki, bu da alıcının içməli suyu köşkdən almaq qərarını qəbul etməsi üçün əsas amillərdən biridir. Alıcı tərəfindən şəxsi taranın dəfələrlə istifadə edilməsi onun, ticarət şəbəkələrində olduğu kimi, bir dəfəlik tara üçün təkrar ödəniş etməməklə qənaət etdiyini bildirir